RU

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavaboyunlarına start verilib.

Trend xəbər verirki, ilk oyun günündə 3 matç keçirilib.

Qazaxıstanda baş tutan ilk qarşılaşmada “Kayrat” və “Seltik”komandaları qalibi müəyyənləşdirə bilməyiblər. 210 dəqiqə ərzindəqapılara qol vurulmayıb və qalib penalti seriyasında müəyyənləşib.Qazaxıstan çempionu tarixində ilk dəfə Çempionlar Liqasının finalmərhələsinə yüksəlib.

Eyni uğuru Kiprdən “Pafos” da əldə edib. İki oyunun nəticəsinəgörə “Srvena Zvezda”nı mübarizədən kənarlaşdıran komanda tarixinailiyyət qazanıb.

Norveç təmsilçisi “Budö Qlimt” isə “Şturm Qrats”dan güclü olubvə ilk dəfə Çempionlar Liqasının final mərhələsinə vəsiqəqazanıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
26 avqust

20:45. "Kayrat" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) - 0:0, ə.v.0:0, pen. 3:2 (İlk oyun - 0:0)

23:00. "Pafos" (Kipr) - "Srvena Zvezda" (Serbiya) - 1:1 (İlkoyun - 2:1)

23:00. "Şturm Qrats" (Avstriya) - "Budö Qlimt" (Norveç) - 2:1(İlk oyun - 0:5)

Избранный
36
az.trend.az

1Источники