RU

"Kayrat" və "Pafos" Çempionlar Liqasının Liqa mərhələsində!

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Qazaxıstanın "Kayrat" klubu doğma meydanda Şotlandiyanın "Seltik"ini qəbul edib. Əsas və əlavə vaxtlarda qapılara qol vurulmayıb. Pley-off qalibini müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Qazaxıstan təmsilçisi burda daha dəqiq olaraq Şotlandiya klubunu mübarizədən kənarlaşıdırıb və tarixində ilk Çempionlar Liqasının Liqa mərhələsində iştirak hüququ qazanıb.

Kipr təmsilçisi "Pafos" klubu doğma meydanda "Krvena Zvezda"nı qəbul edib. Bu görüşdə meydan sahibləri heç-heçə edərək Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

Norveç təmsilçisi "Bodo Qlimt" səfərdə Avstriyanın "Sturm Qraz" klubunun qonağı olub və məğlub olmasına baxmayaraq ilk oyunun nəticəsinə əsasən Çempionlar Liqasının Liqa mərhələsində iştirak edəcək.

Избранный
51
90deqiqe.az

1Источники