RU

“Kayrat” tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb

Almatının “Kayrat” klubu 2025/2026 UEFA Çempionlar Liqasının pley-off mərhələsində Şotlandiyanın “Seltik” komandası üzərində qələbə qazanaraq turnirin qrup mərhələsində debüt edəcək.

90deqiqe.Az-ın məlumatına görə, əsas və əlavə vaxtda hər iki komanda qolu vura bilməsə də, penalti seriyasında üstünlük “Kayrat”ın olub.

Qeyd edək ki, “Kayrat” Avropa kuboklarında yalnız 2021/2022 mövsümündə iştirak etmişdi. O zaman komanda Çempionlar Liqasının ilk seçmə mərhələsində Xayfa “Makkabi”sini keçmiş, lakin növbəti raundda “Sırvena Zvezda”ya uduzmuşdu. Eyni mövsümdə Avropa Liqasında isə “Alashkert”ə məğlub olub, Konfrans Liqasının pley-offunda isə Lüksemburqun “Fola” klubunu üstələmişdi. H qrupunda “Bazel”, “Qarabağ” və “Omoniya” ilə mübarizə aparan “Kayrat” dördüncü yerdə qərarlaşaraq turnirdən kənarlaşmışdı.

Избранный
37
90deqiqe.az

1Источники