ABŞ viza rüsumlarını əhəmiyyətli dərəcədə artırıb. Bu barədə xarici KİV məlumat verir.
Bildirilir ki, B‑1/B‑2 turist vizası üçün rüsumlar 135%‑dən çox artaraq oktyabrın 1‑dən 185 dollardan 435 dollara yüksələcək. Bu artım “Visa Integrity Fee” ilə mümkün olub — yeni rüsum, mövcud rüsumun üzərinə əlavə ediləcək və geri ödəmə yalnız müraciətçi viza şərtlərinə tam riayət edərsə mümkün olacaq.
Konqresin Büdcə Ofisi yeni tariflər sayəsində ildə təxminən 2,7 milyard dollar əlavə gəlir əldə olunacağını proqnozlaşdırır, lakin turizm sənayesi nümayəndələri bu dəyişikliklərin uyğunsuz nəticələr doğura biləcəyindən narahatdırlar.
Turizm sektorundakı mütəxəssislər bildirirlər ki, yeni rüsumlar ABŞ üçün turist gəlirlərinin 29 milyard dollar azalmasına səbəb ola bilər. Onlar həmçinin qlobal tədbirlərdə ABŞ‑ın rəqabət qabiliyyətinin zəifləməsindən ehtiyat edirlər.