AZ

Bu ölkəyə getmək kəskin bahalaşdı

ABŞ viza rüsumlarının qiymətini artırıb. Metbuat.az xəbər verir ki, ABŞ-yə turist vizası üçün müraciət rüsumu 135 faiz artırılıb. Beləliklə, turist vizası üçün müraciət rüsumu 185 dollardan 435 dollara yüksəlib. Xəbərdə deyilir ki, Konqresin Büdcə Ofisi viza rüsumunu artırmaqla illik 2,7 milyard dollar əlavə gəlir əldə etmək istəyir. Bəzi dairələr isə ABŞ-nin yeni qərarla viza rüsumlarından daha çox gəlir əldə edəcəyini irəli sürüblər.

Bununla belə, turist vizası üçün müraciət rüsumun artırılması ABŞ üçün turizm gəlirlərini azalda da bilər.

Seçilən
5
1
metbuat.az

10Mənbələr