RU

Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var

Cəlilabadda zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə qəza Cəlilabad rayonunun “Süd zavodu” adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sürücüsü idarəetməni itirərək hərəkətdə olan avtomobilə çırpılıb. Ardınca “Mercedes”, “Hyundai” və “VAZ 2107” markalı avtomobillər də bir birləri ilə toqquşub.

Qəza nəticəsində “VAZ 2107”də olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
17
5
anews.az

10Источники