AZ

Cəlilabadda 5 avtomobil toqquşdu, 2 nəfər xəsarət aldı

  Cəlilabadda zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

Referans apa-ya istinadən xəbər verir ki,  zəncirvarı qəza Cəlilabad rayonunun “Süd zavodu” adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin sürücüsü idarəetməni itirərək hərəkətdə olan avtomobilə çırpılıb. Ardınca “Mercedes”, “Hyundai” və “VAZ 2107” markalı avtomobillər də bir birləri ilə toqquşub.

Qəza nəticəsində “VAZ 2107”də olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.  


68add7bda66fb68add7bda66fc17562234214a5f908e90c661fc1fb0fe40ff92e9c4

Seçilən
12
5
referans.az

10Mənbələr