RU

Laçın Azərbaycanın müasir inkişaf modelinintəcəssümüdür

Tarixi xatirələrin, həm gələcək ümidlərin ünvanı, “DəmirYumruqəməliyyatı zamanı Azərbaycan xalqının tarixinəqızıl hərflərlə yazılan növbəti Qalibiyyət əsəri olan məğrur-“Laçın şəhəri

Mərkəzi Laçın şəhəri olan Laçın rayonu zəngin tarixikeçmişi olan bir ərazidir.  Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. Laçın əvvəllər Abdallar adlanıb və ona 10 avqust 1923-cü ildə şəhər statusu verilib. “Laçın” sözü“məğrurluq” mənasındadır.Şəhər böyük stratejiəhəmiyyətə malik bir rayon kimi tarix boyu torpağımıza göz dikənlər üçün Laçın “Qarabağn qara qapısı” , düşmənə göz dağı olub

Laçın şəhərinin iqtisadi-sosial inkişafı diqqət mərkəzinə çevrilməsi ilə əlaqədar olaraq erməni mənfurları tərəfindən 1992-ci ilin mayın 18-də Dağlıq Qarabağdan kənarda yerləşən bu şəhəri də işğal edilmişdir və beləliklə Laçın şəhəri də hakimiyyət uğrunda gedən növbəti xəyanətin qurbanı olmuşdur. Müzəffər Azərbaycan ordusu 44 gündavam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən icraedilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizminşöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi. 

Şanlı Azərbaycan Ordusu 01 dekabr 2020-ci il tarixdə Laçın rayonunu işğaldan azad etmişdir.Artıq dörd ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.

Bu gün işğaldan azad olan Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Laçın şəhərinin küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı 30 ildən sonradoğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürursevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların danışıq və gülüş səslərini eşidirik.

Cənab Prezident İlham Əliyevin2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldanazad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeydolunur

Bu gün Laçın təkcə azad edilmiş bir rayon deyil –həm də həyata keçirilən genişmiqyaslı layihələr çərçivəsində istər yaşayış, istər iqtisadiyyat, istərsədə mədəniyyət baxımından Azərbaycanın müasir inkişaf modelinintəcəssümüdür. 

Dövlətimizin başçısının gündəlik qayğısı və nəzarəti sayəsində Laçın şəhəri bu gün öz külündən yenidən doğulur, məğrur və çal-çağırlı günlərinə qayıdır. Bu gün 30 il ərzində Laçına yenidən qovuşmaq ümidilə yaşayan, lakin həmin günü görmədən dünyasını dəyişən laçınlılıarın ruhları şaddır. Laçın uğrunda canlarını fəda edən döyüşçülərimizin ruhları da şaddır. Laçın şəhəri torpağımıza göz dikən, tarixdən ibrət dərsi götürmək istəməyən düşmənin qarşısında əbədilik sarsılmaz qalayaçevrilib.

Bakı şəhər, Nizami bələdiyyəsinin sədr müaviniYeganə Abbasova

Избранный
65
2
veteninfo.az

10Источники