RU

Vyetnamda qasırğa azı üç nəfərin ölümünə səbəb olub, paytaxt Hanoyu su basıb

Vyetnamda “Kaciki” qasırğası azı 3 nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub.

AZƏRTAC “Vyetnam+” dövlət xəbər agentliyinə istinadla xəbər verir ki, qasırğa 7 minə yaxın evə ziyan vurub, 29 min hektara yaxın çəltik sahəsini su basıb, 18 min ağac yıxılıb.

Hökumətin məlumatına görə, 331 elektrik şəbəkəsi dayağı dağıdılıb, Thanh Hoa, Nghe An, Ha Tinh, Thai Guen və Phu Tho da daxil olmaqla bir neçə əyalət elektriksiz qalıb. Gecə yağan yağışdan sonra paytaxt Hanoy küçələrini su basıb.

Qasırğa avqustun 25-də gün ərzində Vyetnamın şimal sahillərini vurub və avqustun 26-da səhərə qədər zəifləyərək Laos ərazisinə keçib. Bununla belə, sinoptiklər yeni daşqın və sürüşmə təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər: ölkənin şimalında bəzi ərazilərdə altı saat ərzində 150 mm-ə qədər yağıntı düşə bilər (1 millimetr yağıntı 1 kvadratmetr əraziyə 1 litr su deməkdir).

Bundan əvvəl “Kaciki” qasırğası Çinin Haynan adasının cənub sahili boyunca keçib, buradakı Sanya şəhərində ictimai nəqliyyatın hərəkəti və müəssisələrin işi dayandırılıb.

Избранный
13
2
azerbaijan-news.az

3Источники