RU

Azərbaycan cüdoçularının dünya çempionatındakı rəqibləri müəyyənləşib

Avqustun 26-də Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Azərbaycan mundialda ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.

Yarışın təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 12:00-dan, final blokunu isə 17:30-dan etibarən canlı olaraq Azərbaycan dilində şərhlə JudoTV.com saytından izləyə bilərsiniz.

Qızlar

-44 kq, 1/16 final

Gülşən Hüseynova – Yana Pritulyak (Rumıniya)

Xədicə Abdullayeva – Aynara Seitjanova (Qazaxıstan)

-48 kq, 1/32 final

Leyla Ələkbərova – Xongorzul Ariunzorig (Monqolustan)

-48 kq, 1/16 final

Nərmin Ağamirzəzadə –Selin İddir (Fransa)

-52 kq, 1/32 final

Aysun Məmmədova – Culiya Bonzano (İtaliya)

-57 kq, 1/16 final

Səmayə Yusifli – Nonoka Yamakava (Yaponiya)

-70 kq, 1/16 final

Məsumə Məmmədli – Vanessa Karaffova (Çexiya)

Oğlanlar

-50 kq, 1/16 final

Rza Xəlilli – Tsvetelin Martinov (Bolqarıstan)

-50 kq, 1/8 final

Anar Quliyev – Narek Davtyan (Ermənistan) / Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə

-55 kq, 1/16 final

Rəsul Əlizadə – Badar-Uqan Badamdorj (Monqolustan)

Məhəmmədəli Hüsiyev – Viktor Uqo Silva (Braziliya)

-60 kq, 1/32 final

Röyal Qayıbov – Raffaele Sodano (İtaliya)

-60 kq, 1/16 final

Zeyd Ələsgərov – Aleksandros Polixronidis (Yunanıstan) / Kristian Butuçi (Xorvatiya) cütünün qalibi ilə

-73 kq, 1/16 final

Məhəmməd Ağakişiyev – Yeso Samsiani (Gürcüstan) / Atxan Biçoyev (IJF) cütünün qalibi ilə

+90 kq, 1/8 final

Sübhan Axundov – Kaito Tokita (Yaponiya) / Ahmad Alobaidan (Küveyt) cütünün qalibi ilə

Qarışıq komanda yarışı

1/8 final

Azərbaycan – Gürcüstan

Избранный
23
11
report.az

10Источники