Avqustun 26-də Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.
Azərbaycan mundialda ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək.
Yarışın təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 12:00-dan, final blokunu isə 17:30-dan etibarən canlı olaraq Azərbaycan dilində şərhlə
Qızlar
-44 kq, 1/16 final
Gülşən Hüseynova – Yana Pritulyak (Rumıniya)
Xədicə Abdullayeva – Aynara Seitjanova (Qazaxıstan)
-48 kq, 1/32 final
Leyla Ələkbərova – Xongorzul Ariunzorig (Monqolustan)
-48 kq, 1/16 final
Nərmin Ağamirzəzadə –Selin İddir (Fransa)
-52 kq, 1/32 final
Aysun Məmmədova – Culiya Bonzano (İtaliya)
-57 kq, 1/16 final
Səmayə Yusifli – Nonoka Yamakava (Yaponiya)
-70 kq, 1/16 final
Məsumə Məmmədli – Vanessa Karaffova (Çexiya)
Oğlanlar
-50 kq, 1/16 final
Rza Xəlilli – Tsvetelin Martinov (Bolqarıstan)
-50 kq, 1/8 final
Anar Quliyev – Narek Davtyan (Ermənistan) / Dikqang Kvadibana (Botsvana) cütünün qalibi ilə
-55 kq, 1/16 final
Rəsul Əlizadə – Badar-Uqan Badamdorj (Monqolustan)
Məhəmmədəli Hüsiyev – Viktor Uqo Silva (Braziliya)
-60 kq, 1/32 final
Röyal Qayıbov – Raffaele Sodano (İtaliya)
-60 kq, 1/16 final
Zeyd Ələsgərov – Aleksandros Polixronidis (Yunanıstan) / Kristian Butuçi (Xorvatiya) cütünün qalibi ilə
-73 kq, 1/16 final
Məhəmməd Ağakişiyev – Yeso Samsiani (Gürcüstan) / Atxan Biçoyev (IJF) cütünün qalibi ilə
+90 kq, 1/8 final
Sübhan Axundov – Kaito Tokita (Yaponiya) / Ahmad Alobaidan (Küveyt) cütünün qalibi ilə
Qarışıq komanda yarışı
1/8 final
Azərbaycan – Gürcüstan