RU

Rusiyalı jurnalist Anna Monqayt beynəlxalq axtarışa verilib

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Rusiyanın "Dojd" telekanalının jurnalisti (Rusiya Federasiyasında xarici agent və arzuolunmaz təşkilat kimi tanınır) Anna Monqayt beynəlxalq axtarışa verilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər.

Jurnalistə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin "d" bəndi üzrə (Rusiya Federasiyasının Silahlı Qüvvələri haqqında siyasi nifrət zəminində bilərəkdən yalan məlumat yayma) ittiham irəli sürülüb. Bu maddə Cinayət Məcəlləsinə 2022-ci ilin martında daxil edilib və 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Həmçinin mənbələrdən birinin qeyd etdiyinə görə, 2022-ci ildə Anna Monqayt Rusiyanı tərk edib və Azərbaycana uçub, hazırda ölkədən kənarda yaşayır. Moskvanın Presnenski Məhkəməsi artıq jurnalistin mümkün saxlandığı və ya Rusiyaya ekstradisiya edildiyi andan etibarən iki ay müddətinə qiyabi həbsi barədə qərar çıxarıb.

İstintaqın fikrincə, cinayət işinin başlanmasına Monqaytın şəxsi "Telegram" kanalında dərc etdiyi paylaşımlar səbəb olub ki, hüquq-mühafizə orqanlarının fikrincə, Rusiya hərbçilərinin hərəkətləri ilə bağlı yalan məlumatları ehtiva edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
oxu.az

3Источники