Rusiyalı jurnalist Anna Monqayt beynəlxalq axtarışa verilib
Ajans.az xəbər verir ki,bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat veriblər. Jurnalistə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin "d" bəndi üzrə (Rusiya Federasiyasının Silahlı Qüvvələri haqqında siyasi nifrət zəminində bilərəkdən yalan məlumat yayma) ittiham irəli sürülüb. Bu maddə Cinayət Məcəlləsinə 2022-ci ilin martında daxil edilib və 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.