RU

Maariv: İsrail müharibəni qurtarmağın yollarını axtarır

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu barədə İsrailin "Maariv" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, müharibənin həlli üzrə danışıqların əsas vasitəçi tərəfi ABŞ də ötən günlərdə Qətərdən HƏMAS-ın bu çərçivədə tələblərinin siyahısını istəyib. Terror təşkilatı hələlik hər hansı cavab verməyib. Digər tərəfdən, Misirin nümayəndə heyəti atəşkəs və əsir mübadiləsi üzrə danışıqların növbəti mərhələsinin yerini müəyyənləşdirmək məqsədilə İsraildə görüş keçirib. Hərçənd Qətərin Xarici İşlər Nazirliyinin mətbuat katibi Məscid Əl-Ənsari jurnalistlərə açıqlamasında diqqətə çatdırıb ki, yerin hər hansı əhəmiyyəti yoxdur. "Görüş yerinin dəyişdirilməsi və ya digər taktikalarla danışıqları pozmaq cəhdləri beynəlxalq ictimaiyyətə çoxdan məlumdur. İsrail tərəfi artıq konkret cavab verməlidir", – mətbuat katibi bildirib. Hazırda İsrailin Təhlükəsizlik Kabineti məsələ ilə əlaqədar iclası gözlənilir. Firudin Həmidli

AzVision.az .

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
azvision.az

1Источники