16 yaşadək basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa Çempionatının B divizionunda qrup mərhələsində son oyununa çıxıb...
Oxu.Az xəbər verir ki, yığmamız son görüşdə Lüksemburq kollektivi ilə qarşılaşıb və 55:74 hesabı ilə məğlub olub. Bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Qeyd edək ki, qızlarımız daha öncə Slovakiyaya (62:70), Niderlanda (49:81), İsveçə (54:87) uduzublar.
Poliqon.info