RU

Putin Bastrıkinin səlahiyyət müddətini uzatdı

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Prezident Vladimir Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin sədr vəzifəsində səlahiyyət müddətini uzadıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Kommersant" nəşri qurumdakı mənbəyə istinadən məlumat verir.

Jurnalistlərin sözlərinə görə, Bastrıkinin xidmət müddəti 2026-cı ilin avqustuna qədər uzadılıb.

Qeyd edək ki, Rusiya KİV-də Bastrıkinin Ali Məhkəmənin sədri vəzifəsinə əsas namizədlərdən biri olduğu yazılırdı. Vakansiya məhkəmənin sədri İrina Podnosovanın ölümündən sonra açılıb. Müraciətlər avqustun 25-dək qəbul edilib.

Nəşrin mənbələrinin sözlərinə görə, Bastrıkinin namizədliyi "ən bariz" kimi müzakirə olunub, çünki ötən ildən Putin onun səlahiyyət müddətini 2025-ci il avqustun 27-dək uzadıb və o vaxt yeni fərman dərc olunmayıb.

"Kommersant" yazır ki, bəzi məlumatlara görə, Rusiya İstintaq Komitəsinin sədri vəzifəsinə ədliyyə naziri Konstantin Çuyçenko və prezidentin köməkçisi, nəzarət şöbəsinin rəhbəri Dmitri Şalkov da nəzərdən keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
4
oxu.az

5Источники