RU

Əli Əsədov: Azərbaycan ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sülhün əsasını qoyur, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir.

APA xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki,Vaşinqton səfəri Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlamətdar oldu: “Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Anlaşma Memorandumunun imzalanması Azərbaycan-Amerika dövlətlərarası münasibətlərinin inkişafında yeni bir əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açır. Ağ evdə keçirilən görüş zamanı 1992-ci ildə Konqres tərəfindən ölkəmizə qarşı qəbul edilmiş “Azadlığa dəstək aktı”na ədalətsiz 907-ci düzəlişin 33 ildən sonra məhz Azərbaycan dövlət başçısının iştirakı ilə ləğvi Prezident İlham Əliyevin dünya miqyasında son dərəcə yüksək nüfuzunun bariz təsdiqidir. Prezident İlham Əliyevin sözləri ilə desək “Bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik”. Ona görə də Prezident Trampın bu düzəlişi ləğv etməsi rəmzi məna daşıyır və bu jest Azərbaycana qarşı tarixi ədalətsizliyi aradan qaldırmaqla Amerikanın dövlət başçısının Prezident İlham Əliyevə xüsusi münasibətini əks etdirir. Bununla yanaşı səfər çərçivəsində SOCAR və “ExxonMobil” arasında əməkdaşlığa dair memorandumun imzalanması “Əsrin müqaviləsi” ilə əsası qoyulan milli neft strategiyası çərçivəsində başlanmış tərəfdaşlığın yeni mərhələdə davamıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
10
apa.az

10Источники