RU

“Sədərək”dəki yanğınla bağlı cinayət işi başlandı


“Sədərək” Ticarət Mərkəzinin icarəyə verdiyi obyektdəki yanğınla bağlı cinayət işi başlanılıb. Bu barədə KIV-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş obyektdə baş vermiş yanğınla əlaqədar FHN-in Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

Xatırladaq ki, “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda yanğın iki gün əvvəl baş verib. Hadisə nəticəsində 13 nəfər tüstüdən zəhərlənib.

ZÜMRÜD

Избранный
45
9
baki-xeber.com

8Источники