“Sədərək” Ticarət Mərkəzinin icarəyə verdiyi obyektdəki yanğınla bağlı cinayət işi başlanılıb.
Bu barədə FHN-dən APA-ya bildirilib.
Qeyd edilib ki, “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş obyektdə baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.