Yazını böyüt
Yazını kiçilt
“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.
Hafta.az xəbər verir ki, bu barədə Klubdan AZƏRTAC-a verilən məlumatda bildirilir. Qeyd edilib ki, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat keçirib.
Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.
Qeyd edək ki, Rövlan Muradov cario mövsümün əvvəlində “Sumqayıt”dan “Zirə”yə keçib.