RU

Çin dünyada elektromobillərin ən böyük şarj şəbəkəsini qurur

Çin 14-cü Beşillik Plan (2021-2025) dövründə dünyanın ən böyük elektrik avtomobili (EV) şarı şəbəkəsini yaradacaq.

FED.az Sinxua agentliyinə istinadən xəbər verir ki, Çinin Milli Enerji Administrasiyasının rəhbəri Van Honzi mətbuat konfransında bildirib:

“Çin, eyni zamanda, dünyanın ən böyük və ən sürətlə inkişaf edən bərpaolunan enerji sistemini inşa edib və bu sistemin ümumi quraşdırılmış elektrik istehsalı gücündə payı 40 faizdən təxminən 60 faizə yüksəlib".

Onun sözlərinə görə, Çin hazırda dünyanın ən böyük elektromobil istehsalçısıdır və bu nəqliyyat vasitələri ölkə daxilində sürətlə yayılır.

Bunu nəzərə alan hökumət şarj stansiyaları şəbəkəsinin genişləndirilməsinə əlavə maliyyə vəsaiti ayırmaq barədə qərar qəbul edib (Trend).

Избранный
17
6
fed.az

7Источники