RU

Koreya yarımadası 3 cü dünya müharibəsinin başlanğıc nöqtəsi ola bilər TƏHLİL

Ses qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünyanın ən qaynar nöqtələrindən biri də Koreya yarımadasıdır. Hətta bəzən belə bir fikir səsləndirilir ki, üçüncü dünya müharibəsinin başlanğıc nöqtəsi Koreya yarımadası ola bilər. Baxmayaraq ki, bəzi siyasi şərhçilər, hərbi ekspertlər üçüncü dünya müharibəsinin Rusiya-Ukrayna müharibəsinin sərhədlərinin genişlənməsi ilə başlaya bilər. Hətta bununla bağlı sübutlar, dəlillər də göstərilir. Misal üçün Rusiya prezidenti V. Putin bildirmişdir ki, “Rusiyasız dünya bizim nəyimizə lazımdır” deməklə son mərhələdə nüvə silahı ilə dünyanın axırına çıxa biləcəklərinə eyham vurmuşdur. Eyni hədələyici tonla Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də çıxış edib. Belə demək olarsa D.Medvedev daha açıq hədələrlə çıxış edib. D.Medvedev qeyd edib ki, hər yeni ultimatum Rusiya Federasiyası tərəfindən ABŞ-la təhdid və “müharibəyə doğru addım” kimi qəbul edilir: “Biz təhdidlərə nüvə zərbəsi ilə cavab verə bilərik”.

Donald Tramp isə hədəyə cavab olaraq, Rusiya ilə mümkün nüvə münaqişəsinə hazır olduğunu bildirib. Bunun ardınca D.Trampın əmri ilə ABŞ-ın iki nüvə sualtı qayığı müvafiq ərazilərdə yerləşdirilib. Lakin ABŞ mətbuatı Trampın sözlərinə şübhə yanaşırlar. Mətbuat yazır ki, ABŞ-ın belə sualtı qayıqları dünya okeanları ətrafında müntəzəm olaraq hərəkət edir. D.Tramp birinci prezidentliyi dövründə Şimali Koreya lideri Kim Çen Inınə qulaqburması vermək həvəsinə düşmüş və KXDR sahillərinə üç təyyarədaşıyan zərbə qrupu göndərmişdir. ABŞ-ın nüvə proqramları üzrə eksperti Hans Kristensenin fikrincə, Donald Trampın “nüvə” bəyanatı Rusiya ilə münasibətlərin daha da gərginləşəcəyi təqdirdə onun nüvə silahına əl atacağı ilə bağlı gözləntiləri gücləndirərək “öhdəlik tələsi” yaradır. Amerika nüvə sualtı qayıqları bombardmançılar və quru raketləri ilə birlikdə nüvə üçlüyünün bir hissəsidir. Onlar Rusiyadakı hədəflərə nüvə başlıqlı raketlər atmağa həmişə hazırdırlar. Buna görə də onların yenidən yerləşdirilməsinə ehtiyac yoxdur.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti, politoloq, Gevorq Mirzəyan isə hesab edir ki, Şimali Koreya nüvə başlığı hazırlayıb və onu ABŞ-a çatdırmaq gücünə malikdir. Onun sözlərinə görə, Şimali Koreya raketləri artıq ABŞ-ın Şərqi Asiyadan 3 min kilometr aralıda yerləşən Quamı adasını vura bilər. Buna görə də bəzi amerikalı ekspertlərin nöqteyi-nəzərindən, Los-Ancelesin daxil olmaqla Quama təhlükə qarşısındadır. Çünki bu ərazilərə zərbə endirmək əlverişlidir Bununla belə, müharibə gözlənilməz risklər daşıyır və bütün regiona dağıntılar gətirə bilər ki, bu da təbii ki, Vaşinqtonda nəzərə alınır. Ona görə də, Cənubi Koreya vasitəsi ilə gərginliyi azaltmağa çalışır. Ümumiyyətlə, zaman-zaman tərəflər qarşıdurmanı aradan qaldırmaq üçün təşəbbüslərlə çıxış ediblər.

Şimali Koreya nüvə başlıqları ilə hücum etsə, ilk zərbədən 25 milyon insan həyatını itirə bilər

2018-c il aprelin 27- də Şimali Və Cənubi Koreya sülhə daha yaxın olublar. O zaman Cənubi Koreya Prezidenti Mun Çje İn və Koreya Xalq Demokratik Respublikasının başçısı Kim Çen In arasında sərhəd kəndi olan Pxanmuncomda görüşüb, danışıqlar aparmışlar. Danışıqların birinci mərhələsi zamanı Şimali Koreya liderinin bacısı Kim Yo Çjon iki dövlətin birləşdirilməsini təklif etmiş və bu birliyin tez zamanda reallaşmasının vacibliyini söyləmişdir. Buna cavab olaraq Cənubi Koreya tərəfi ilkin olaraq dəmir yolu və avtomobil yollarının birləşdirilməsini təklif etmişdilər. Lakin sonradan Cənubi Koreyada yaranan daxili qarşıdurma, prezidentə qarşı xalq etirazları sülh danışıqlarını alt-üst etmişdir.

Hərbi ekspertlərin gəldiyi qənaətə görə, əgər Şimali Koreya ABŞ-a ilk zərbəni endirə bilsə, o zaman ətraf şəhər və qəsəbələr daxil olmaq, Los-Ancelesdən ümumilikdə 25 milyon insan həyatını itirəcək. Sonrakı mərhələdə müharibə uzanarsa, bu zaman ABŞ-ın paytaxtı Vaşinqiton şəhəri real təhlükə ilə üzləşəcək. Təbii ki, buna cavab olaraq ABŞ Şimali Koreyanı 5-7 saat ərzində paytaxt Seul daxil olmaqla böyük hissəsini məhv edə bilər. Hazırda tərəflərarası gərginlik son illərin ən gərgin nöqtəsinə yüksəlib. Şimali Koreya ilə Cənubi Koreya arasıda gərginliyin ötən əsrin əllinci illərində yaranana gərginliklə eynilləşdirirlər. Koreyaşünaslıq üzrə ekspert, Sankt-Peterburq Dövlət Universitetinin dosenti İrina Lantsova bildirib ki, hər iki tərəfin ritorikası sərtləşib, lakin bu təbiidir - gərginlik artır. İnanıram ki, KXDR mütləq birinci Amerika hədəflərinə hücum etməyəcək və bunun ardınca zərbə endirsə, onu ABŞ həyata keçirəcək.

Bu yaxınlarda Şimali Koreyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda ölkəsinin ABŞ-a zərbə endirməyə hazır olduğunu açıq şəkildə bəyan edib: “KXDR Amerikadan başqa heç kimi təhdid etmək niyyətində deyil. Ballistik raketlərimizin son buraxılışları dünyaya göstərdi ki, bütün kontinental Birləşmiş Ştatlar bizim əlimizdədir”.

Bəyanatda o da vurğulanır ki, hücum Şimali Koreya lideri Kim Çen In icazə verən kimi başlaya bilər. ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Şinzo Abe ilə telefon danışığı zamanı Şimali Koreyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanata münasibət bildirib. Qeyd edib ki, ABŞ özünü müdafiə etməyə və Şimali Koreyadan gələn istənilən təhlükəyə cavab verməyə hazırdır. Bunla yanaşı D.Tramp Şimali Koreyadan artan nüvə təhlükəsi ilə mübarizədə ABŞ-Cənubi Koreya hərbi ittifaqının əhəmiyyətinə də xüsusi önəm verir. Cənubi Koreya Şimaldan gələn hər cür təhlükələrə baxmayaraq özünün nüvə arsenalını inkişaf etdirmək niyyətində olmadığını bildirib, Şimali Koreyanın nüvə gücünə malik qitələrarası ballistik raketlərə can atmasının artan beynəlxalq təhlükə yaratdığı barədə xəbərdarlıq edib.

Necə oldu ki, bir millət iki yerə bölündü?

Məlumdur ki, Şimali Koreya ilə Cənubi Koreya arasında gərgin münasibətlər 1950-ci il iyunun 25-də müharibənin başlanması ilə nəticələndi. Onu da qeyd etmək lazımdır ki, Koreyanın dövlətçilik tarixi qədim dövrlərə gedib çıxsa da, daim müharibə və münaqişələrlə zəngin olan ərazilər olub. Sonuncu dəfə, yəni 1910-cu ildə Koreya Yaponiya tərəfindən işğal edilmişdir. O zaman yarımadadakı hakimiyyət yapon general-qubernatoruna məxsus idi.

1910-cu ildə Yaponiya marşalı Terauti Masatake Koreyanın ilk general-qubernatoru təyin edildi. O, yarımadanın modernləşdirilməsi üçün qətiyyətli siyasət yürütməyə başladı. Beləliklə, onun əmri ilə Koreyada bir neçə min məktəb açıldı, burada, xüsusən də yapon dili və yapon ədəbiyyatı öyrənildi. Terauti Koreyada torpaq islahatı həyata keçirdi: Torpaq kadastrı yaradıldı, lakin o, yazılı sənədlər əsasında tərtib edildi, Koreyada torpaq münasibətləri çox vaxt adi qanunlar ilə tənzimləndi. Koreya mənbələrinə görə, bu, Koreya kəndlilərinin əhəmiyyətli bir hissəsi tərəfindən torpaq itkisinə səbəb oldu. 1939-cu ildə yapon general-qubernatoru "Adların dəyişdirilməsi haqqında qanun" verdi. Fərmandan sonra ilk altı ayda Koreyalı ailələrin 80,5%-nin adlarını dəyişdirdi. 1945-ci ildə Yaponiyanın danışıqsız təslim olmasından sonra Koreyada yapon ağalığı başa çatdı. İkinci Dünya müharibəsindən sonra ABŞ və SSRİ ölkənin birgə idarə edilməsi haqqında müqavilə imzaladılar. Hər iki ölkənin sərhəddi 38-ci şimal paralelindən keçməli idi. 1945–1948-ci illərdə Koreya yarımadasının şimalı sovet zonası, cənubu isə amerikan zonası olur. 1948-ci ilin avqustun 15-də Koreya yarımadasının cənubunda, amerikan zonasında müstəqil Koreya Respublikasının əsası qoyulur. Hələ 1919-cu ildə Şanxayda yaradılmış Koreya müvəqqəti hökumətinin banisi və rəhbəri Li Sın Man Koreya Respublikasının ilk prezidenti seçilir. 1948-ci ilin sentyabrın 9-da isə Koreya yarımadasının şimalında, sovet zonasında müstəqil KXDR elan olunur. Kim İr Sen KXDR-nın rəhbəri olur.

1950-ci ilin 25 iyununda 3 il davam edən Koreya müharibəsi başlayır. Müharibəyə səbəb Kim İr Senin bütün Koreyanı öz hakimiyyəti altında birləşdirməyə cəhd etməsi olmuşdur. Bu müharibə eyni zamanda SSRİ və ABŞ arasında gedən Soyuq müharibənin tərkib hissəsi hesab olunur. Bəzən bu konfliktə Soyuq müharibə dövründə ABŞ və onun müttəfiqləri ilə ÇXR və SSRİ qüvvələri arasında baş vermiş gizli müharibə kimi baxılır. Müharibə 1953-cü ilin 27 iyulunda sülh müqaviləsi ilə başa çatdı. Müharibdə qalib tərəf olmadı. Uduzan, itirən isə eyni kökə, dinə və dilə malik xalq oldu. Müharibə zaman yüz minlərlə koreyalı öldürüldü, sağlamlığından məhrum oldu, şəhərlər, kənd və qəsəbələr dağıdıldı.

Müharibədən sonra Cənubi Koreya öz inkişafını qura bildi. Bunun nəticəsində əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşdı, texnologiyaların inkişafı ilə yeni iş yerləri, fabrik və zavodlar yaradıldı. Ölkədə genişmiqyaslı quruculuq, abadlıq işləri həyata keçirildi. Şimali Koreyada isə əhalinin yaşayış durumu çox ağırdır. Kim Çen İnin tələb və irəli sürdüyü şüarlar ölkə əhalisi üçün məcburi xarakter daşıyır. Bütün Şimali koreyalıların indi əzbərdən öyrənməli olacaqları yeni şüarlar. Ölkə üzrə şəxsən Kİm Çen İnin tərtib etdiyi 310 şüar mövcuddur. Şüarların əsas xəttini Kim ailəsini şərəfləndirməkdən və evdə göbələk yetişdirməkdən tutmuş, arvadlarına itaət etmək və xarici idmanlardan imtina etməkdən tutmuş gündəlik həyatlarında ehtiyac duyacaqları hər şey var. Şüarlarda ailənin üçüncü nəslinin nümayəndəsi Kim Çen İnin şərəfinə çağırışlara çox yer ayrılıb. Təbii ki, şüarların müəllifləri vətəni düşmənlərdən müdafiə etməyi də unutmayıblar: “Düşmənlər ölkəmizi işğal etməyə cəsarət etsələr, biz onların hamısını son adama qədər məhv edəcəyik!”

Amerika imperializmi və digər çoxsaylı düşmənlərlə mübarizə mövzusu da şüarların məğzini təşkil edir. Şüarlar iki tarixin: hakim Koreya Fəhlə Partiyasının yaradılmasının və Koreya yarımadasının yapon işğalından azad edilməsinin 70 illiyinə həsr olunub.

Son olaraq onu qeyd etmək lazımdır ki, Koreya yarımadasında artan gərginlik yeni müharibə riski yaradır. Hansı ki, bu müharibə digər hazırda davam edən müharibələrdən fərqli ola biləcəyi proqnozlaşdırılır. Çünki döyüş meydanına çıxmağa hazırlaşan tərəflərdən birinin- Şimali Koreyanın nüvə silahı mövcuddur. Bu isə nəinki region üçün, ümumilikdə dünyamız üçün təhlükə yarada bilər. Kim Çen İn nüvə silahının tətbiqinə dair əmr verər ki, bu da qeyd etdiyim kimi, bəşəriyyət üçün dəhşətli fəlakət yarada bilər.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
sesqazeti.az

1Источники