RU

Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1280-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 665 təyyarəsi, 283 helikopteri, 79 664 PUA-sı, 625 zenit-raket kompleksi, 24 797 tank və digər zirehli texnikası, 1 588 reaktiv yaylım atəş sistemi, 28 928 artilleriya və minaatanı, 40 423 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Избранный
26
49
konkret.az

10Источники