RU

Qurban Qurbanov təsdiqlədi: "Qarabağ"a görün kimi gətirirlər

“Qarabağ” yeni transferini reallaşdırıb.

Publika.az xəbər verir ki, Ağdam təmsilçisi Kamilo Duranla anlaşıb. 23 yaşlı kolumbiyalı forvard Bakıya gəlir.

“Portimonense”dən (Portuqaliya) transfer edilən futbolçunun keçidi ilə bağlı iddialara Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov münasibət bildirib. O, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la oyunundan əvvəl keçirilən mətbuat konfransında bu barədə qısa danışıb.

Qurbanov ünvanlanan suala gülümsəyək, "Bəli, doğrudur", - deyə cavab verib.

Избранный
56
1
publika.az

10Источники