AZ

"Qarabağ" bu futbolçunu transfer etdi

style='margin-bottom:10px;'>

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında bildirib.

O, "Portimonense"dən (Portuqaliya) kolumbiyalı forvard Kamilo Duranı transfer etdiklərini təsdiqləyib. 

Qeyd edək ki, 23 yaşlı hücumçu karyerası ərzində "Flamenqo" (Braziliya) və "Medelin"in (ABŞ) U-20, "Estrela"ın (Portuqaliya) U-23 komandalarında, həmçinin "Lusitania"da (Portuqaliya) da oynayıb. 

Seçilən
48
1
teleqraf.com

10Mənbələr