AzVision.az xəbər verir ki, siyasətçinin bəyanatına istinad edən “France Presse” agentliyi (AFP) belə məlumat yayıb.
“Seçiləcəyim təqdirdə, hazırkı hökumətin Rusiya və Çin şirkətləri ilə bağladığı litium yataqlarının işlənməsinə dair çox milyard dollarlıq müqavilələrə xitam veriləcək. Ümumiyyətlə, ölkənin xarici siyasətinə köklü şəkildə yenidən baxılması da vacibdir”, - Xorxe Kiroqa bildirib.
Boliviya əhəmiyyətli həcmdə litium ehtiyatlarına malikdir və onun bu sərvəti 23 milyon ton səviyyəsində qiymətləndirilir. Ölkə Argentina və Çili ilə birlikdə “litium üçbucağı”na daxildir ki, bu da onu qlobal bazarda əsas oyunçulardan birinəçevirir.
Xatırladaq ki, Xorxe Kiroq Ramires 1997-ci ildə keçmiş diktator Hüqo Banserlə tandemdə seçkilərdə qalib gələrək Boliviyanın vitse-prezidenti seçilib. 41 yaşında o, ölkə tarixində ən gənc vitse-prezident olub.
Banser səhhətinə görə istefa verdikdən sonra Kiroqa Boliviya prezidenti vəzifəsini icra edib. O, 2001-ci il iyunun 1-dən 2002-ci il avqustun 6-dək (Banserin konstitusiya müddəti bitənə qədər) ölkənin prezidenti vəzifəsində çalışıb.
Avqustun 17-də keçirilən prezident seçkilərinin ilk turunda keçmiş prezident Xayme Pasa Samoranın oğlu, Xristian Demokrat Partiyasının namizədi Rodriqo Pas Perera 30,81 faizlə lider olub. Onun əsas rəqibi Xorxe Kiroq Ramires isə, 28,81% nəticə ilə ikinci yeri tutub. Onun “Libre” koalisiyası ənənəvi sağçıların maraqlarını təmsil edir.
Bu il oktybarın 25-də keçiriləcək prezident seçkilərinin həlledici turunda məhz bu iki siyasətçi seçicilərin etimadını qazanmaq uğrunda mübarizə aparacaqlar.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта