Sea Breeze

“Ferentsvaroş” bizə meydanda çətinlik yaradan klubdur. Həddindən artıq soyuqqanlı olmalıyıq”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Macarıstanın “Ferentsvaroş” klubu ilə keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

“İlk oyunda qazanılan qələbə üstünlük yaradır, amma bunu düşünməli deyilik. Rəqib çox təhlükəlidir, özlərinə xas oyun üslubları var. Üzərimizə gələcəklərini düşünürük. Çalışacağıq ki, qorxmayaq və sona qədər yaxşı nəticə üçün əlimizdən gələni edək. Sırf müdafiə oyunu oynamaq barədə düşüncəmiz yoxdur. Biz futbolu azarkeşlər və nəticə üçün oynayırıq. Bizi stadionda hansı sürpriz gözləyəcək, bunu əvvəldən bilmək mümkün deyil. Amma futbolçularımız hər bir sürprizə hazırdır”, – Q.Qurbanov qeyd edib.

oxu.az

ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX