RU

Rəşad Sadıqovun baş məşqçiliyi ilə 200-cü oyun!

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 200-cü oyununu keçirib.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Yubiley matçı Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 2-ci turuna təsadüf edib. Bakı klubu “Qəbələ” ilə səfər oyununda 2:1 hesablı qələbə qazanıb.

2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun baş məşqçiliyi dövründə qəsəbə klubu Premyer Liqada 166, Azərbaycan kubokunda 22, avrokuboklarda 12 matç keçirib. 43 yaşlı mütəxəssisin komandası bu qarşılaşmalarda 91 qələbə qazanıb, 57 heç-heçə edib və 52 dəfə meydandan xalsız ayrılıb. Onun yetirmələri 251 qol vurub, 188-ni buraxıblar.

Qeyd edək ki, Rəşad Sadıqovun “Zirə”nin baş məşqçisi postunda debütü 2020-ci il avqustun 23-də gerçəkləşib. 200-cü matçda olduğu kimi 5 il əvvəl də paytaxt təmsilçisi Premyer Liqa görüşündə Qəbələdə eyniadlı komanda ilə üz-üzə gəlib. Həmin vaxt heç-heçə qeydə alınıb – 1:1.

Избранный
40
22
arena.az

10Источники