RU

İtaliyalı hücumçu transfer etdi, 2030-cu ilin yayına qədər olan müqavilə imzalandı

“Fiorentina” A Seriyasının digər təmsilçisi “Kalyari”nin hücumçusu Roberto Pikkolini transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı italiyalı oyunçu ilə 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb.

Pikkoli 2024/2025 mövsümündə “Kalyari”də icarə əsasında oynayıb. Ötən ay isə Kalyari təmsilçisi futbolçunu birdəfəlik transfer edib.

O, ötən mövsüm meydana çıxdığı 40 matçda 11 qola və 4 məhsuldar ötürməyə imza atıb.

Избранный
45
1
sportinfo.az

10Источники