Turkstan.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Malazgirt qələbəsinin 954-cü ildönümündə Ahlatda nazirlər kabineti toplandı.
Turkustan.az xəbər verir ki, Malazgirt zəfərinin 954-cü ildönümü münasibətilə bu gün Bitlisin Ahlat rayonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclasda məmur maaşlarında artım, "terrordan azad Türkiyə" prosesi, eləcə də İsrailin hücumlarının davam etdiyi Qəzzada yaşanan humanitar böhran əsas müzakirə mövzuları olub.
İclasdan sonra açıqlama verən Prezident Ərdoğan iqtisadiyyat, infrastruktur layihələri və meşə yanğınları ilə bağlı diqqətçəkən mesajlar verib.
Ərdoğanın çıxışından əsas məqamlar:
İqtisadi vəziyyət və məşğulluq:
“Məşğulluq göstəricilərində heç bir problem yoxdur. İşsizlik birrəqəmli səviyyədə qalır. Qlobal iqtisadi qeyri-müəyyənliklərə və daxildə aparılan mənfi kampaniyalara baxmayaraq, iqtisadi proqramımızın bəhrəsini görürük,” – deyə, prezident vurğulayıb.
İqtisadi sabotajlara reaksiya:
“Necə ki, bazar oportunistlərini həddindən artıq qiymətlərlə uzaqlaşdırdıqsa, Türkiyə iqtisadiyyatının zəifləməsini gözləyən siyasi oportunistləri də dayandırırıq. Bələdiyyələri ailə mülkiyyətinə çevirənlər üçün yolun sonu görünür.”
Zəngəzur dəhlizi və dəmir yolu planları:
“Hədəfimiz 2028-ci ilə qədər dəmir yolu şəbəkəmizi 17.500 kilometrə, 2053-cü ilə qədər isə 28.600 kilometrə çatdırmaqdır. Zəngəzur dəhlizi tam tətbiq olunarsa, Türkiyə-Azərbaycan-Ermənistan üçlüyü arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək.”
Meşə yanğınları ilə mübarizə:
Ərdoğan bildirib ki, bu il 1 iyun tarixindən etibarən 5473 meşə yanğını baş verib, bunların 4195-i dövlətin və könüllülərin səyləri ilə qısa zamanda nəzarətə alınıb. O, yanğın zamanı həyatını itirənlərə rəhmət diləyib, onların ailələrinə və millətə başsağlığı verib.
Qlobal yanğın problemi və Türkiyənin hazırlığı:
“Yalnız biz deyil, Yunanıstan, İspaniya, Fransa, İtaliya, ABŞ və Kanada da yay boyunca meşə yanğınları ilə mübarizə aparıb. Türkiyə bu mübarizədə 27 təyyarə, 105 helikopter və 6000-ə yaxın quru texnikası ilə tarixinin ən güclü donanmasına malikdir. Bütün qaralama kampaniyalara baxmayaraq, Türkiyə bu sahədə lider ölkə olaraq qalır,” – deyə, Ərdoğan qeyd edib.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.