RU

Bu gün Beynəlxalq Muğam Günüdür

Bu

Bu gün Azərbaycan xalqının milli sərvəti olan muğamın dünyaya səs saldığı xüsusi gündür. 2010-cu ildə Kanadanın Niagara-Fols şəhərinin meriyası və hər il keçirilən Beynəlxalq Niagara Musiqi Festivalının rəhbərliyi tərəfindən qəbul edilən qərara əsasən, 26 avqust Beynəlxalq Muğam Günü elan olunub.Bu fakt bir daha təsdiqləyir ki, muğam yalnız Azərbaycan xalqının deyil, həm də bütün bəşəriyyətin mədəni irsidir.Muğamın dünyada tanıdılmasında xüsusi rol Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məxsusdur. Onun təşəbbüsü ilə muğam UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Tarixi və yaradıcılıq mənbəyi1922-ci ildə Bakıda açılmış ilk Avropa tipli musiqi məktəbinin proqramına muğamın tədrisi daxil idi. Bu gün də muğam həm bəstəkarlarımız, həm də şair, rəssam və rejissorlarımız üçün tükənməz ilham mənbəyidir. Musiqi tarixində muğamÜzeyir Hacıbəyli muğam əsasında ilk Şərq operası – *“Leyli və Məcnun”*u yazdı.Fikrət Əmirovun “Şur” və “Kürd-ovşarı” əsərləri “simfonik muğam” janrının əsasını qoydu.Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov və Frəngiz Əlizadə kimi sənətkarlar muğam prinsiplərini müasir musiqi texnikası ilə birləşdirdilər.Vaqif Mustafazadə isə muğamı cazla sintez edərək yeni üfüqlər açdı. Müasir dövrdə muğamAzərbaycanda inşa olunan Beynəlxalq Muğam Mərkəzi bu gün dünyanın ən mötəbər tədbirlərinin məkanıdır. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Beynəlxalq Muğam Festivalı və gənc ifaçıların müsabiqələri milli musiqimizin dünyada daha da tanıdılmasına xidmət edir.Ulusum.az

Diqqət Çəkənlər

Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO

Kolon xərçənginə qarşı yaşıl qalxan

Bankomatda ehtiyatsızlıq – vətəndaş 2000 manat itirdi - VİDEO

Избранный
7
ulusum.az

1Источники