RU

Dünyanın ən yaşlı insanı ad gününü qeyd edib

Bu həftə dünyanın ən yaşlı insanı, ingilis qadın Etel Katerhem 116 yaşını qeyd edib.

“Cebheinfo.az” bu barədə “Bild”-ə istinadən xəbər verir.

O,  21 avqust 1909-cu ildə Ethel Şipton Ballinqer kəndində anadan olub. Gəncliyində işləmək üçün Hindistana gedib və 1933-cü ildə Britaniya Hərbi Hava Qüvvələrində polkovnik-leytenant olan Norman Caterhamla evlənib. Honq-Konq və Cəbəllütariqdə yaşayan cütlüyün iki qızı olub. 1976-cı ildə əri vəfat edib və Ethel indi dünyanın ən yaşlı insanıdır.

Dünyada 100 ilədək yaşayan insanların sayı artır. Müasir tarixin ən yaşlı insanı fransız qadın Janna Luiza Kalman hesab olunur. O, 1997-ci ildə 122 yaş 164 günündə vəfat edib.

Xəzər

“Cebheinfo.az”

Избранный
31
3
cebheinfo.az

10Источники