RU

London-Pekin marşrutu ilə uçan təyyarə Rusiyada məcburi eniş edib

London-Pekin marşrutu ilə hərəkət edən “Air China” aviaşirkətinə məxsus “Boeing 777-39L(ER)” təyyarəsi Moskva vaxtı ilə saat 06:23-də Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk hava limanında məcburi eniş edib.

APA-nın xəbərinə görə, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Məlumata görə, təyyarədə 311 sərnişin olub. Mühərriklərdən birində nasazlıq yarandığı üçün təyyarə yalnız digər mühərriklə eniş edib. Pilotlar eniş zamanı fövqəladə xidmətlərin (təcili yardım, yanğınsöndürmə və s.) köməyini tələb etməyiblər.

Bildirilib ki, təyyarə uğurla eniş edib və sərnişinlərin təhlükəsizliyi təmin olunub.

Избранный
11
5
apa.az

6Источники