RU

“Rusiya müharibəni dayandırmamaq üçün yeni bəhanələr axtarır” – Zelenski

 

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Moskvanın “daha yeni ərazilər ələ keçirməyəcəyi”  ilə bağlı bəyanatları güzəşt sayıla bilməz.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, Zelenski Rusiyanın  müharibəni dayandırmamaq üçün yeni bəhanələr axtardığını deyib. 

Zelenski vurğulayıb ki, Kiyev atəşkəs və heç bir şərt olmadan danışıqlara dair təklifləri, o cümlədən ABŞ və Rusiya ilə üçtərəfli görüş variantını dəfələrlə dəstəkləyib. Lakin Moskva hər dəfə yeni səbəblər uyduraraq bundan imtina edir.

 

O qeyd edib ki, o, Trampla vəziyyəti müzakirə edib, Kremlin danışıqlardan yayınmağa davam edəcəyi təqdirdə Vaşinqtonun “güclü addımlar” atmasının vacibliyini vurğulayıb.

 

Elcan

Missiya.Az

Избранный
11
7
missiya.az

9Источники