RU

Azərbaycanda xəyanət edənlər CƏRİMƏLƏNƏCƏK?

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyada xəyanət edənlərə cərimə tətbiq etmək istəyirlər. Bu təkliflə rəsmi şəxslər çıxış ediblər.Belə ki, evlilikdə sədaqətsizlik edənlər 15–20 min rubl cərimələnəcək. Ailədə uşaqlar varsa, cərimələr daha da ağırlaşır. Ailə və Evliliyin Dəstəklənməsi Fondunun rəhbəri Vitali Borodin istəyir ki, xəyanət edənlər hər bir tərk edilmiş uşaq üçün 50 min rubl ödəsin. Onun sözlərinə görə, oxşar qanunlar artıq BƏƏ və Avropa ölkələrində mövcuddur.Bəs belə cərimələr nə qədər effektivdir?

 

MÖVZU İLƏ BAĞLI:Xəyanətlərin səbəbləri BƏLLİ OLDU

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin deputatı Günay Ağamalı deyir ki, cəmiyyətimizin əsas dayaqlarından biri sağlam ailə institutudur:“Ailə dəyərlərinin qorunması, həyat yoldaşları arasında qarşılıqlı sayğı və məsuliyyət hissinin gücləndirilməsi sosial sabitlik baxımından mühüm amildir. Təəssüf ki, bəzi hallarda ailədaxili xəyanətlər ailələrin dağılmasına, uşaqların psixoloji sarsıntılar yaşamasına və bütövlükdə cəmiyyətə mənfi təsirlərin artmasına səbəb olur.Bəzi ölkələrdə xəyanət edən şəxslərə qarşı cərimələrin tətbiq edilməsi mexanizmləri mövcuddur. Bu cür  yanaşmaların ölkəmizdə tətbiqi çox ciddi müzakirə tələb edir”.Müsahibimiz hesab edir ki, əsas məqsəd ailələri qorumaqdır:“Bunun üçün də ilk növbədə maarifləndirmə işinin və ailə dəyərlərinin gücləndirilməsinə çalışmaq, eyni zamanda cəmiyyətin sağlam düşüncəyə sahiblənməsinə nail olmaq lazımdır. Azərbaycan dövləti ailə institutunun möhkəmlənməsi üçün daim genişmiqyaslı layihələr həyata keçirir, hüquqi bazanı gücləndirir və maarifləndirici tədbirlərə xüsusi diqqət ayırır.Konstitusiyamızın 17 - ci maddəsində ailənin cəmiyyətin əsas özəyi kimi qiymətləndirilməlisi də bu istiqamətdə olan mövcud yanaşmanın təzahürüdür. Hesab edirəm ki, ən böyük cərimə insanın öz vicdanı qarşısında yaşadığı mənəvi məsuliyyətdir. Ailə dəyərlərinin və qarşılıqlı sədaqətin hər iki tərəfdən qorunması, qarşılıqlı hörmət və səmimiyyətin gücləndirilməsi xəyanət hallarının qarşısını almaqda səmərəli nəticə verə bilər”.Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
56
2
bizim.media

3Источники