RU

Yaponiya ABŞ la Şimali Koreya məsələsində sıx əməkdaşlıq edəcək

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaponiya hökuməti ABŞ və Şimali Koreya arasında mümkün dialoqla bağlı şərh verməkdən çəkinir. Lakin Koreya yarımadasındakı vəziyyətlə əlaqədar ABŞ-la sıx əməkdaşlığı davam etdirmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inlə görüşə hazır olduğunu bildirməsi ilə bağlı açıqlamasında deyib.

“Biz Trampın bəyanatlarından xəbərdarıq, lakin ABŞ və Şimali Koreya arasında mümkün danışıqlarla bağlı şərh vermək istəmirəm. Bununla yanaşı, oğurlanmış Yaponiya vətəndaşlarının məsələsinin həlli və Pxenyana məxsus raket-nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ-la əməkdaşlıq vacibdir. Yaponiya hökuməti ABŞ hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcək”, – deyə Hayaşi bildirib.

Xatırladaq ki, bundan əvvəl Tramp Kim Çen Inlə “hansısa məqamda” görüşəcəyinə ümid etdiyini demişdi: “Biz bir vaxtlar görüşəcəyik. Əslində buna müsbət yanaşıram”, – deyə Tramp qeyd edib, Kim Çen Inlə “çox yaxşı münasibətlərinin” olduğunu və onların “heç bir problemi olmadığını” əlavə olaraq bildirib.

2018-ci ilin iyununda Sinqapurda ABŞ və Şimali Koreya arasında tarixdə ilk dəfə sammit baş tutdu. Tramp və Kim Çen In görüşün nəticəsi olaraq ortaq sənəd imzalamışdılar. Həmin sənəddə Pxenyanın təhlükəsizlik zəmanətləri müqabilində nüvəsizləşmə öhdəliyi yer almışdı.

2019-cu ilin fevralında Hanoyda ikinci sammit keçirildi. Tramp və Kim Çen In bir neçə dəfə, o cümlədən təkbətək görüşsələr də, razılaşma əldə olunmamış və yekun sənəd imzalandı.

2019-cu il iyunun 30-da onların üçüncü görüşü Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya arasındakı demilitarizasiya zonasında baş tutdu. 5 oktyabr 2019-cu ildə isə ABŞ və Şimali Koreya nümayəndələri İsveçdə işçi səviyyəsində görüş keçirsələr də, danışıqlar nəticəsiz başa çatdı.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
bizimyol.info

1Источники