Almaniya hökuməti Ukraynanı dəstəkləmək üçün hər il 9 milyard avro ayırmağı planlaşdırır.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Nəşr yazır ki, bunu Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbayl Kiyevə səfəri zamanı bəyan edib.
“Biz Ukraynanı hər il doqquz milyard avro ilə dəstəkləyəcəyik”, – deyə nazir vurğulayıb.