RU

“Hazırda pensiyanın orta aylıq əməliyyatı 49%-dir” - Xalid Kərimli

“Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 64,5 yaşdır və yaxın gələcəkdə qadınlarda da 65 yaşa çatacaq. Ölkədə orta ömür müddəti təxminən 75 ildir, Avropada isə bu göstərici 82–83 yaş civarındadır. Bu fərq pensiya yaşının və ödəniş müddətinin planlaşdırılmasında müəyyən əhəmiyyət kəsb edir. Pensiya yaşı artırılsa da, pensiya kapitalı 134 aya bölünərək aylıq pensiya müəyyən edilir. Beləliklə, orta hesabla 65 yaşında pensiyaya çıxan şəxs təxminən 10 il pensiya ala bilir. Bu müddət ərzində pensiya indeksasiya olunur və hər il orta aylıq pensiyanın əməliyyatının artımı uyğun faizlə artırılır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Qeyd edək ki, 2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 103,3 min pensiyaçı qeydiyyatda olub, bu, əhalinin 10,8 faizini təşkil edir. Onların 64,6 faizi yaşa, 23 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Orta aylıq pensiya ötən il ilə müqayisədə 9,5 faiz artaraq 538,1 manat olub və orta əməkhaqqının 49 faizinə bərabərdir. 2025-ci ilin 1 yanvarından pensiyalar Prezidentin sərəncamına əsasən indeksləşdirilib.

Ekspert bildirib ki, pensiyanın orta aylıq əməliyyatının hazırkı səviyyəsi 49%-dir.

“Bu göstərici hazırkı 49% səviyyəsindən yüksək, təxminən 70%-ə çatdırılsa, pensiya təminatı daha optimal olar. Pensiya sistemi ilə bağlı bu məsələlər, həm fərdi pensiya gəlirlərinin təminatı, həm də dövlət büdcəsinin dayanıqlılığı baxımından diqqət mərkəzindədir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Избранный
28
aznews.az

1Источники