RU

“Beşiktaş” İtaliya klubunun hücumçusunu transfer etdi

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi "Atalanta"dan El Bilal Tureni satınalma bəndi ilə icarəyə götürüb.

 

Bu barədə klubunj mətbuat xidməti məlumat yayıb. Malili forvard artıq İstanbuldadır. 23 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, El Bilal Ture ötən mövsüm icarə əsasında "Ştutqart"da çıxış edib. Mali millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
2
bizim.media

4Источники