AZ

"Atalanta"nın hücumçusu "Beşiktaş"da - Rəsmi

style='margin-bottom:10px;'>

Türkiyənin "Beşiktaş" klubu hücum xəttini gücləndirib.

QOL.az xəbər verir ki, İstanbul təmsilçisi "Atalanta"dan El Bilal Tureni icarəyə götürüb. Bu barədə klubunj mətbuat xidməti məlumat yayıb. Müqavilədə satınalma şərti də var.

Artıq İstanbulda olan 23 yaşlı malili futbolçu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, El Bilal Ture ötən mövsüm icarə əsasında "Ştutqart"da çıxış edib. O, Bundesliqa təmsilçisinin heyətində 17 rəsmi matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
12
1
teleqraf.com

4Mənbələr