RU

Ələt Astara yolunun Biləsuvar və Cəlilabad hissəsində müşahidə kameraları quraşdırılır

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Köhnə Ələt-Astara avtomobil yolunda təhlükəsizlik tədbirləri gücləndirilir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu məqsədlə sözügedən yolun Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində müşahidə kameraları quraşdırılır.

Qeyd edək ki, bundan öncə də Daxili İşlər Nazirliyi tərəfindən "Təhlükəsiz şəhər" layihəsi çərçivəsində Biləsuvar rayonu ərazisində ümumilikdə 80 müxtəlif nöqtədə 176 ədəd yeni, müasir müşahidə kameralarının və 12 ədəd radar cihazının quraşdırılması işlərinə başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
7
baku.ws

9Источники