RU

Zelenski və Kelloq Putinlə mümkün görüşə hazırlığı müzakirə edəcəklər

Zelenski və Kelloq Putinlə mümkün görüşə hazırlığı müzakirə edəcəklər

Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə mümkün görüşə hazırlığı müzakirə etmək üçün Amerika tərəfi ilə əlaqə saxladığını açıqlayıb.

AFN.az Ukrayna mediasına istinadən xəbər verir ki, o, bu məsələni ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla müzakirə etməyi planlaşdırdığını bildirib. Həftənin sonunda isə Ukrayna tərəfinin ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffla görüşü gözlənilir.

Qeyd edək ki, Kelloq hazırda Kiyevdə səfərdədir. "Bu gün bu mövzunu davam etdirmək, Rusiya tərəfi ilə gələcək görüşlərin mümkünlüyü ilə bağlı hazırlıqları hazırlamaq üçün Kelloq ilə görüş olacaq" - deyə Zelenski Norveçin baş naziri Yonas Qahr Storla keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Избранный
31
afn.az

1Источники