RU

Birinci nəsil “iPod” hərracda rekord qiymətə satılıb  

“Apple” şirkətinin açılmamış qutuda olan birinci nəsil “iPod” modeli RR Auction hərracında 40264 dollara satılıb. Bu, 2001-ci ildə buraxılmış MP3 player üçün rekord məbləğdir. Əvvəlki rekord 2023-cü ildə qeydə alınmışdı. O zaman cihaz 29 min dollara satılmışdı.

Stiv Cobs tərəfindən 2001-ci ilin oktyabrında təqdim olunmuş “iPod” 1990-cı illərin sonlarında iflas həddinə çatmış “Apple” şirkətinin yenidən uğur qazanmasına kömək etdi. O, “cibinizdə 1000 mahnı” şüarı ilə təqdim etmiş və cihazı öz cins cibindən çıxararaq nümayiş etdirmişdi. O zaman Cobs demişdi: “”iPod”un yaranması ilə Apple tamamilə yeni bir rəqəmsal musiqi playerləri kateqoriyası yaratdı ki, bu da bütün musiqi kolleksiyanızı cibinizə yerləşdirib istədiyiniz yerdə dinləməyə imkan verir. iPod ilə musiqiyə qulaq asmaq heç vaxt əvvəlki kimi olmayacaq”.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Избранный
28
azerbaijan-news.az

1Источники