RU

Azərbaycanın Əməkdar məşqçisinin tələbəsi karate turnirinin qalibi olub

“SPORT MASTER İdman Klubu”nun təşkilatçılığı ilə karate üzrə turnir keçirilib.

"Report" xəbər verir ki, yarış iştirakçıları arasında Azərbaycanın Əməkdar məşqçisi, 3-cü dan qara kəmər sahibi Rəşidə Rəşidovanın tələbəsi Banu Cumayeva da yer alıb.

25 kq çəki dərəcəsində mübarizə aparan 7 yaşlı idmançı fərxi kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, uşaqlar, yeniyetmələr və gənclər arasında baş tutan turnirdə 100 karateci mübarizə aparıb.

Избранный
74
report.az

1Источники