RU

Ordubadda ağac qırıldı, 3 nəfər xəsarət aldı

Ordubad rayonunda ağacın budaqlarının qırılması nəticəsində üç nəfər xəsarət alıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Vənənd kəndində baş verib.

Çinar ağacının iri budağı qırılaraq sakinlərin üzərinə düşüb. Nəticədə 1959-cu il təvəllüdlü Novruzov İbrahim Əli oğlu, 1970-ci il təvəllüdlü Ağalarov Miryunis Mirdavud oğlu və 1983-cü il təvüllüdlü Əliyev Anar Əhməd oğlu xəsarət alıb.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Избранный
41
4
metbuat.az

10Источники