RU

Heyvan mənşəli xəstəliklərə yoluxanların sayı açıqlandı

Ötən il Azərbaycanda 22 nəfər qarayara (qaramaldan, xırdabuynuzlu heyvanlardan insana keçən zoonoz xəstəlik - red.) yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2023-cü ildə bu göstərici 14 nəfər olub. Sezar pizza

Bununla yanaşı 2023-cü ildə tulyaremiyaya (dovşan və gəmiricilərdən - red.) yoluxma faktı aşkarlanmasa da, 2024-cü ildə bir nəfər bu infeksiyaya yoluxub.

2024-cü ildə bruselyoza (qaramal, qoyun və keçi, donuz, dəvələrdən - red.) yoluxmada azalma müşahidə edilib. 2023-cü ildə bu xəstəliyə 277 yoluxma aşkarlanıbsa, ötən il bu göstərici 210 nəfərə enib.

Bundan başqa, askaridioza (çirkli su, yuyulmamış meyvə-tərəvəz və çirkli əldən - red.) yoluxmada artım qeydə alınıb. 2023-cü ildə 16 min 253, 2024-cü ildə isə 16 min 800 nəfər askaridioza yoluxub.


Telegram kanalımız
Избранный
53
14
yenisabah.az

10Источники