Ötən il Azərbaycanda 22 nəfər qarayara (qaramaldan, xırdabuynuzlu heyvanlardan insana keçən zoonoz xəstəlik - red.) yoluxub.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
2023-cü ildə bu göstərici 14 nəfər olub. Sezar pizza
Bununla yanaşı 2023-cü ildə tulyaremiyaya (dovşan və gəmiricilərdən - red.) yoluxma faktı aşkarlanmasa da, 2024-cü ildə bir nəfər bu infeksiyaya yoluxub.
2024-cü ildə bruselyoza (qaramal, qoyun və keçi, donuz, dəvələrdən - red.) yoluxmada azalma müşahidə edilib. 2023-cü ildə bu xəstəliyə 277 yoluxma aşkarlanıbsa, ötən il bu göstərici 210 nəfərə enib.
Bundan başqa, askaridioza (çirkli su, yuyulmamış meyvə-tərəvəz və çirkli əldən - red.) yoluxmada artım qeydə alınıb. 2023-cü ildə 16 min 253, 2024-cü ildə isə 16 min 800 nəfər askaridioza yoluxub.
Telegram kanalımız