“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.
Yanğının tam söndürülməsi istiqamətində əməliyyət tədbirləri davam etdirilir.