Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bakıda havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Bölgələrdə havanın temperaturu gecə 19-24, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.
10Источники
-
news24.azHava şəraiti bu tarixdən dəyişir ( 20704851)
-
7news.azSabah yağış yağacaq - PROQNOZ ( 20708094)
-
referans.azYenidən payız havası: Yağış, dolu - PROQNOZ ( 20707851)
-
moderator.azSabah yağış yağacaq ( 20707440)
-
bizimyol.infoAvqustun 27 nə olan hava proqnozu ( 20707155)
-
azerbaijan-news.azSabah hava əsasən yağmursuz keçəcək, arabir güclənən külək əsəcək ( 20706819)
-
demokrat.azSabah yağış yağacaq ( 20706753)
-
afn.az27 avqusta gözlənən hava proqnozu açıqlandı ( 20706735)
-
metbuat.azAvqustun 27-də temperatur kəskin dəyişəcək ( 20706633)
-
olke.azSabah yağış yağacaq - PROQNOZ ( 20706540)