Almaniya ABŞ və Avropa İttifaqı (Aİ) arasındakı ticarət sazişindən kənara çıxmalı və yaxın illərdə yeni ticarət tərəfdaşları tapmalıdır.
Publika.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts bildirib.
"Məsələn, amerikalılar artıq Ümumdünya Ticarət Təşkilatının qaydaları ilə oynamağa hazır deyillərsə, biz qlobal ticarəti necə idarə edə bilərik? Dünyada bizim fikirlərimizi bölüşən tərəfdaşlar axtarmalıyıq", - deyə o vurğulayıb.